PAYLAŞ
turizm

Azərbaycanın turizm brendinin tanıtım çarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində ikinci pillədədir.

Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, oktyabrın 25-dək davam edəcək. Müsabiqədə Azərbaycanı birinci etmək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/ linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik etmək lazımdır.

Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə qalib gələcək. Film və ya videoçarx Avstriyanın paytaxtı Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək.

Qeyd edək ki, müsabiqəyə 140 ölkə qatılıb. Seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla, 28 ölkənin film və videoçarxı mübarizə aparır.