PAYLAŞ
turizm

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 14 yerli turizm şirkəti Hindistanın Nyu-Dehli şəhərində keçirilən “SATTE 2020” sərgisində iştirak edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq sərgidə Azərbaycanın turizm imkanları 144 kvadratmetr sahəni əhatə edən stendlə təbliğ olunur.

Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkətlərlə digər xarici turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.

Sayca 27-ci dəfə təşkil olunan “SATTE 2020” sərgisində dünyanın 50-dən çox ölkəsindən, eyni zamanda Hindistanın 105 şəhərindən 1000-dən çox iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

Sərgi yanvarın 10-dək davam edəcək.

2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib. Bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 66.8 faiz artım deməkdir.