Özbəkistanın Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin Turizm Şurasının növbəti iclası çərçivəsində turizm yarmarkası keçirilib.
Tədbirlərdə ölkəmizi Azərbaycan Dövlət Turizm Agentliyi və turizm sənayesinin nümayəndələri təmsil edib.
![](https://gezmeli.az/wp-content/uploads/2019/07/15628276215834545864_1000x669.jpg)
Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanın turizm imkanlarının MDB məkanında təbliği məqsədilə yarmarkada iştirak edən qonaqlara ölkə haqqında dolğun informasiya verilib, onlara çap-təbliğat materialları paylanılıb.
Yarmarkada Azərbaycan da daxil olmaqla, ümumilikdə 9 ölkə nümayəndəsi iştirak edib. Yarmarka zamanı Azərbaycanı təmsil edən turizm şirkətləri iştirakçılarla ikitərəfli görüşlər keçirib. Gələcəkdə baş tuta biləcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparıblar.
![](https://gezmeli.az/wp-content/uploads/2019/07/156282762057210087_1000x669.jpeg)
İştirakçılar Azərbaycanın turizm potensialı və yerli turizm marşrutları haqqında ətraflı məlumatlandırılıblar.