PAYLAŞ
Avropa

Mayın 6-da paytaxtımızda Azərbaycanın Avropada turizm potensialının təbliği məqsədilə Almaniyadan olan turoperatorlarla yerli turizm şirkətlərinin nümayəndələri arasında görüş təşkil edilib.

150-dən çox yerli şirkətin iştirak etdiyi görüşdə alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub. Gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.

Berlin, Frankfurt, Münxen, Bremen Köln şəhərlərindən olan alman şirkətlərinin Azərbaycan haqqında ətraflı məlumatlandırılması məqsədilə Bakı və regionlara tanışlıq səfərləri təşkil olunub.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində Bakı, Qəbələ, ŞamaxıŞəkinin turizm məkanlarını ziyarət ediblər. Şərabçılıq kəlağayı istehsalı ilə bağlı tarixi ənənələr haqqında da məlumat verilib.

Əsasən təbiət və mədəniyyət turizmi üzrə ixtisaslaşmış turoperatorların alman turistlərə təklif etdikləri səyahət paketlərinə bu il və gələn il üçün Azərbaycanın ayrıca bir istiqamət kimi daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Almaniyanın Münxen şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.