PAYLAŞ
Filiz Katman

Azərbaycanın Türkiyə vətəndaşları üçün viza tələbini ləğv etməsi iki ölkə arasında iqtisadi əlaqələrin daha sürətlə inkişafına təkan verəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Aydın Universitetinin siyasi elmlər doktoru Filiz Katman bildirib.

Filiz Katman viza rejiminin aradan qaldırılmasının Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb. O deyib: “Buraya əlbəttə ki, Azərbaycanın enerji daşıyıcılarının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması, eləcə də Türkiyənin Qafqaz bazarında əsas rol oynayan dövlətlərdən birinə çevrilməsini də qeyd etmək olar. Ümumiyyətlə, dünya təcrübəsi də göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın da sürətli dövriyyəsinə təkan verir. Bu isə öz növbəsində, iqtisadiyyatın dinamik inkişafını təmin edir“.

Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması barədə danışıb. Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bunun Türkiyədən Azərbaycana gedən turistlərin sayının artmasına da səbəb olacağını bildirib. Qeyd edilib ki, bu addım son bir neçə ildə ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti istiqamətində aparılan səmərəli fəaliyyətin vacib bir hissəsidir.

Azərbaycana səfər edən türk vətəndaşları da yeni sistemin tətbiqini müsbət qiymətləndirirlər.