Azərbaycan Dövlət Turizm Agentliyi yeni turizm brendini və şüarını təqdim edib.
Gezmeli.az xəbər verir ki, Azərbaycan üçün yeni brend “Landor” beynəlxalq brendinq agentliyi tərəfindən hazırlanıb.
Yeni turizm loqosu “A” (Azərbaycan) hərfi şəklindədir, forması isə brendin mənasını bildirir. Brendin “Take another look” (“Yenidən nəzər yetir”) şüarı təsvirin mahiyyətini və əsas devizini daha ətraflı anlamaq üçün loqotipə təkrar və diqqətli baxışı nəzərdə tutur.
Sosial şəbəkələrdə isə həmin loqo birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.