PAYLAŞ
Azərbaycanla Böyük Britaniya

Oktyabrın 28-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşündə iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Dövlət Turizm Agentliyindən  bildirilib ki, görüş zamanı iki ölkə arasında viza məsələləri, onun asanlaşdırılması, təcrübə mübadiləsindən danışılıb. Qış turizmi üzrə mövcud potensialın qiymətləndirilməsi və s. mövzular müzakirələr edilib.

Qeyd edilib ki, Azərbaycan xarici vətəndaşların səyahət etmələri və vaxtlarını əyləncəli keçirmələri üçün təhlükəsiz ölkələrdən biridir.

Agentlik sədri Fuad Nağıyev bu ilin fevral ayında qonaqlarla baş tutan görüşü xatırladaraq o zamandan bu günədək Agentliyin fəaliyyətindəki yeniliklərdən və ölkədə turizmin inkişafına verilən töhfələrdən söhbət açıb.

O qeyd edib ki, bu il Azərbaycan noyabrın 4-6-da Londonda keçiriləcək. Dünya Səyahət Bazarı sərgisində (“World Travel Market-2019”) daha geniş heyətlə təmsil olunacaq.

Görüşdə, həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp da iştirak edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 29304 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 26.79 faiz artım deməkdir.