PAYLAŞ
turizm

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin Şida Kartli rayonunun qubernatoru Georgi Xojevanişvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regionlar arasında iqtisadi, ticari və turizm potensialının artırılması məsələləri müzakirə olunub. Səfir D.Həsənov martın 5-də Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumu barədə məlumat verib. Bildirib ki, bu cür tədbirlər hər iki ölkənin iş adamları və biznes strukturları arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

G.Xojevanişvili Şidi Kartli bölgəsinin Azərbaycan iş adamları üçün cəlbedici ola biləcəyini diqqətə çatdırıb. Hər iki ölkənin regionları arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.