PAYLAŞ
Monteneqro

Azərbaycanla Monteneqronun turizm, ticarət, infrastuktur, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığının inkişafı üçün böyük potensial mövcuddur.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK), bu barədə ASK-nın Monteneqro, Serbiya, Bosniya Herseqovina üzrə nümayəndəsi Seyran Mirzəzadə Serbiyanın “Danas” informasiya agentliyinə müsahibəsində deyib.

S.Mirzəzadə Azərbaycan–Monteneqro iqtisadi əlaqələri, Monteneqro Baş Nazirinin Azərbaycana son səfəri və ASK-nın fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, 1999-cu ildən fəaliyyət göstərən ASK hazırda ətrafında 6 mindən çox sahibkarlıq subyektini, o cümlədən 70-dək ittifaqı birləşdirir. Monteneqro, Serbiya, BosniyaHerseqovina üzrə yeni nümayəndəlik sayca 18-cidir.

Təşkilatın missiyasına toxunan S.Mirzəzadə deyib: “Konfederasiyanın məqsədlərindən biri üzvləri arasında işgüzar əlaqələrin yaradılması, eyni zamanda, xarici ölkələrdə də tərəfdaşların tapılmasında kömək göstərməkdir. Yeni nümayəndəliyin açılması Azərbaycanla region ölkələri arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək”.