Ev Turizm Xəbərləri Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv olundu

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv olundu

Azərbaycan və Türkiyə

Mövlud Çavuşoğlu sosial şəbəkə hesabından xoş xəbər paylaşıb. Həmçinin
o bu gün Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb.

“Azərbaycan 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək”. Gezmeli.az xəbər verir ki , bunu öz “Twitter” səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.

​”Cənab Prezident Əliyevin cənab prezidentimizə ötən həftə dediyi kimi, Azərbaycan 1 sentyabrdan etibarən Türkiyə vətəndaşları üçün vizanı ləğv edir. “Bir millət, iki dövlət”ə yaraşan oldu!” – deyə M.Çavuşoğlu “Twitter” hesabında paylaşım edib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.