Azərbaycanda qısa müddətdə ekoturizm konsepsiyası hazırlanacaq.
Gezmeli.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, konsepsiya iki ay ərazində hazırlanacaq:
“Azərbaycanda ekoturizm konsepsiyasının hazırlanması istiqamətində xarici ekspertlərlə birlikdə işlər aparılır. Dövlət Turizm Agentliyinin dəvətilə bu yaxınlarda ölkəmizə gələn xarici ekspert Milli parklarımızla tanış olub. Apreldə ölkəmizə Çexiyadan ekspert gələcək. O bizə Milli parklarımızda nişanlama işlərinin aparılmasına yardım edəcək”.
Hikmət Əlizadə qeyd edib ki, Azərbaycanda ekoloji turizmə maraq artır:
“Ölkəmizdə ekoloji turizmin inkişafı üçün potensial var. Milli parklara giriş iki manatdır. Milli parklarda bəzi xidmətlər pulludur”.