Bərpa işləri zamanı binanın çöl divarları suvanıb, qapı və pəncərələr və dam örtüyü yenilənib. Qədim məscidin əvvəlki görünüşü tamamilə qorunub. Hil kəndində hündür yerdə inşa olunan məscidin bünövrəsində çay daşlarından, qalan hissələrində isə yerli tikinti materiallarından istifadə olunub. Tikilinin daxili divarları müxtəlif ornamentlərlə bəzədilib. Məscidin ikinci mərtəbəsi qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Qusarın ən böyük kəndlərindən sayılan Hil rayon mərkəzindən 17 kilometr məsafədə yerləşir. Bu kənd 1960-cı illərə qədər rayon mərkəzi olub.
Daxil
Xoş gəlmisiniz! Sizin hesabınıza daxil
Şifrəni unutmusan? kömək almaq
Privacy Policy Page
Password Recovery
Parolu bərpa
Parol sizə e-poçt olacaq.