Ev Turizm Xəbərləri Azadlıqlar diyarı – Hollandiya

Azadlıqlar diyarı – Hollandiya

Hollandiya

Hollandiya Niderland Krallığı Avropanın şimal-qərbində, Şimal dənizinin sahilində yerləşən cənubda Belçika, şərqdə ilə Almaniya qonşu olan bu balaca ölkə dünyada yel dəyirmanları, zanbaqları velosipedləri xoşbəxt insanları pendir və süd məhsulları maldarlıq və inəkləri ilə tanınır.

Hollandiya ərazisinin çox hissəsi dəniz səviyyəsindən 38% aşağıdadır. Hollandiyanın səthi sahəsi 41.526 kvadrat kilometrdir. 17 milyon 357min əhalisi var. Bu da Hollandiyanı dünya əhalisinin ən sıx məskunlaşdığı ölkələrindən biri halına gətirir.

Hollandiya Belçika və Lüksemburq ölkələrinin birliyindən yaranan Benilüksun ən vacib bir kənd təsərrüfatı ölkəsidir. Ölkə ərazsiinin 32% -i kənd təsərrüfatında istifadə olunur. Xüsusilə, süd və süd məhsulları baxımından çox inkişaf etmişdir. Niderlandda bağçılıq da son dərəcə inkişaf etmiş və xarici gəlir mənbəyidir.

Hollandiya dünyanın ən böyük çiçək istehsal edən ölkələrindən biridir. Hollandiya iqtisadiyyatı hazırda dünyada ən güclü iqtisadiyyatı olan 16 ölkədən biridir. Gəmiçilik və bankçılıq Niderland iqtisadiyyatının əsas dinamikasıdır.

Ən əhəmiyyətli şəhərlər Rotterdam, Utrext, Eindhoven, Qroningen, Harlemdir.

Rotterdam şəhəri Avropanın ən böyük limanlarından birinə sahibdir və Hollandiya ticarətinin nəfəs aldığı vacib bir şəhərdir. Tarixə nəzər salanda görürük ki ,1568-ci ildən başlayaraq İspaniya ilə 80 illik müstəqillik müharibəsinə başlayan Niderland 1648-ci ildə Vestfaliya müqaviləsi ilə Müstəqilliklərini əldə etdiblər.

1814-cü ildə Napoleon məğlub olanda Hollandiyanın artıq yeni qurucusu William I hakimiyyətə gəldi. İqtisadi və siyasi baxımdan zəngin və güclü bir dövlətə çevrildi.

Son illərdə neft və qaz yataqları aşkar edilərək işlənsə də, onlar ölkənin ehtiyacları üçün kifayət deyil. Holland kömür mədənləri və duz yataqları Hollandiya yeraltı sərvətlərinin digər hissəsidir.

Hollandiya əhalisinin 40% -i sənayedə çalışır. Gəmi istehsalı Hollandiya iqtisadiyyatının canı, qanıdır. Ölkədə 300-dən çox gəmiqayırma zavodu mühüm gəlir mənbəyidir..

Turizminə gəlincə isə Hollandiya, il boyu 10 milyon turisti qəbul edən sürprizlərlə dolu bir ölkədir.

Təxminən 6000 möhtəşəm binada qurulmuş, 50-dən çox muzey ilə mədəniyyətə maraq göstərən insanların zövqünu oxşayır..

Dünyanın ən böyük çiçək ixrac edən ölkəsi haqqında xəyal qurmağa başlayaq? Füsünkar çiçək qoxuları ilə Parisdən daha çox körpü və Venesiyadan daha çox kanal ilə göz oxşayan Hollandiya Avropanın ən çox ziyarət edilən 5-ci ölkəsidir. İl ərzində Amsterdam 4,2 milyon turisti qəbul edir.

İlk baxışdan dərhal bu sakit və cazibədar Avropa ölkəsi sizi heyran edəcək. Tarixi binaların əzəmətindən valeh olacaq cazibədar damları və pəncərələri ilə dar, hündür binalarından gözlərinizi çəkə bilməyəcəksiniz.

Yenə də Hollandiyaya getmə səbəbləriniz bununla bitməyəcək.

Azadlıqlar diyarı deyiriksə, Hollandiyanı düşünürük?.

Səbəb isə, digər ölkələr tərəfindən qadağan və ayıb kimi qəbul edilən bir çox şeyi Hollandiya leqal edib. Bu səbəbdən hər il dünyanın müxtəlif yerlərindən gələn turistlərin axın etdiyi bir ölkədir.