PAYLAŞ

Xəbər verildiyi kimi, müxtəlif ölkələrdə epidemioloji vəziyyətlə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün ləğv edilmiş istiqamətləri üzrə biletlərin qaytarılıb və dəyişdirilib. Həmçinin fəaliyyətdə olan istiqamətləri üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq növbəti əlavələr də daxil edilir:

-Ukraynanın hava sərhədlərinin bağlanması ilə əlaqədar “Buta Airways” aviaşirkətinin Kiyev, Lvov, Xarkov və Odessa istiqamətləri üzrə reyslərinə bilet almış sərnişinlər tarifdən asılı olmayaraq aviabiletləri cəriməsiz geri qaytara və yaxud dəyişdirə biləcəklər;

-Dövlət qulluqçuları, tibb işçiləri və tələbələr bu statusu təsdiq edən sənəd təqdim edərək AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətləri üzrə aviabiletləri cəriməsiz qaytara və yaxud dəyişdirə bilərlər;

-AZAL və “Buta Airways” aviaşirkətlərinin fəaliyyətdə olan reyslərinə bilet əldə etmiş bütün sərnişinlər müraciət tarixindən asılı olmayaraq gediş və gəliş tarixlərini tariflər arasındakı fərqi ödəmədən və cəriməsiz dəyişdirə bilərlər. Bunun üçün bileti təqdim etmək lazımdır (çap və yaxud skan versiyada);

-Hər bir bilet yalnız bir dəfə cəriməsiz dəyişdirilə bilər.

Hazırda AZAL QSC-nin bütün xidmətləri gücləndirilmiş rejimdə işləyir. Sərnişinlərdən Çağrı mərkəzi və aviaşirkətin dəstək xidmətinə müraciət etdikdə anlayışlı və səbirli olmaları xahiş edilir. Bütün sərnişinlərə cavab veriləcək. Biletlərin geri qaytarılması və dəyişdirilməsi ilə bağlı bütün müraciətlərə növbə ilə baxılacaq. Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qaytarılması üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilədir. Çağrı mərkəzi və yaxud saytdakı əks əlaqə forması (https://help.azal.az/hc/az/requests/new (https://help.azal.az/hc/az/requests/new) vasitəsilə əlaqə saxlamaq olar. Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət edilməsi xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaq.