Ev Turizm Xəbərləri AZAL-dan daha bir xoşagəlməz sürpriz: Çarter reysini ləğv etdi, tələbələrimiz çarəsiz qaldı…

AZAL-dan daha bir xoşagəlməz sürpriz: Çarter reysini ləğv etdi, tələbələrimiz çarəsiz qaldı…

Azal

Bu gün AZAL-ın Macarıstanın paytaxtı Budapeştə olan çarter reysini ləğv etməsi, bu şəhərdəki xeyli sayda azərbaycanlı tələbəni çarəsiz vəziyyətdə qoyub.

Gezmeli.az Moderator.az-a istinadən xəbər verir ki Budepeştdəki tələbələrdən birinin valideyni Faiq Rəhimov, AZAL-ın məlum addımının tələbələri çətin vəziyyətdə qoyduğuna diqqət çəkib:

“Övladım Macarıstanda oxuyur. Magistraturanı bitirsə də, iki aydır ki, onu Azərbayacan gətirə bilmirik. Səfirliklə bağlı hər hansı narzılığımız yoxdur. Səfirlik nümayəndəsi mütəmadi şəkildə bizimlə əlaqə saxlayır, uşaqlarla daim maraqlanır. Buna görə onlara minnətdarıq.

Bizim narazılığımız AZAL-la bağlıdır. AZAL bu günə təyin edilən çarter reysini ləğv edib. Macarıstanın müxtəlif şəhərlərində oxuyan tələbələrimiz bu günkü çarter reysi ilə vətənə qayıtmaq  üçün dünəndən Budapeştdə toplanıb, .gecəni otellərdə keçiriblər. Onlar Covid-19-la bağlı test veriblər. Onların hər biri 120 manata qədər xərc çəkib. Lakin AZAL-ın bugünkü çarter relsini anidən ləğv etməsi bizim tələbələri çətin vəziyyətə salıb. Uçuşun hansı səbəbdən ləğv edildiyini öyrənmək üçün AZAL-la əlaqə saxlamağa çalışssam da, heç kim bununla bağlı konkret bir məlumat vermir. Hətta mənə elə gəlir ki, mənim Azərbaycan dilində dediklərimi onlar başa düşməkdə çətinlik çəkirlər.

Mən dövlətimizdən, əlaqədar qurumlardan məsələyə çevik reaksiya verməyi, tələbələrlə bağlı yaranmış problemin həllinə köməklik göstərməyini xahiş edirəm. Ümid edirəm ki, dövlətimiz tələbələrimizi köməksiz qoymayacaq, üzləşdikləri problemlərin həlli istiqamətində lazımi addımlar atacaqdır”.