“Azərbaycan Hava Yolları” (AZAL) uçuş zamanı sərnişinlərə ən dadlı yemək təklif edən aviaşirkətlər üçlüyünə daxil olub.
Rusiyanın “tutu.ru” səyahətlər servisi sərnişinlərə dadlı yemək təklif edən xarici aviaşirkətlərin reytinqini tərtib edib. “Vedomosti” qəzetinin yazdığına görə, servis ötən ilin aprelindən bu ilin aprelinədək olan müddətdə 27 min 500 sərnişinin rəyini öyrənərək 10 xarici aviaşirkəti müəyyən edib.
Eləcə də bax: “Biletlər baha olub ki, ABŞ-a AZAL-la uçmayıblar” – EKSPERT
İlk üçlüyə “Uzbekistan Havo Yullary”, “Azərbaycan Hava Yolları” və “Turkish Airlines” daxil olub.
Sərnişinlər “Azərbaycan Hava Yolları”nda qida dəstinə tərəvəz salatı, fındıq, şirniyyat və şərab daxil olmasını bəyəniblər.
Onluğa, həmçinin Almaniyanın “Lufthansa”, Qazaxıstanın “Air Astana”, Gürcüstanın “Georgian Airways”, Yunanıstanın “Ellinair” və “Aegean Airlines”, Tacikistanın “Somon Air”, Moldovanın “Air Moldova” şirkətləri də daxildir.