Ev VİZA AZAL və “Buta Airways”dən sərnişinlərə – MÜJDƏ

AZAL və “Buta Airways”dən sərnişinlərə – MÜJDƏ

AZAL və “Buta Airways”dən sərnişinlərə – MÜJDƏ

Ramazan bayramında AZAL və “Buta Airways” aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir ədəd qeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq.

Beləliklə, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

Ekonom-sinif – tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus;
Biznes sinif – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;
Comfort Club – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;
VIP Club – tarifə daxil olan hər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus.

AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Azal

Milli loukoster “Buta Airways”in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

“Büdcə” tarifi – 23 kq-a qədər bir yer bonus pulsuz baqaj;
“Standart” tarifi – tarifə daxil olan 10 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus
“Super” tarifi – tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus.

“Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Aviabilet

Minimal “BÜDCƏ” tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur.

“Buta Airways” aviaşirkətinin reyslərində baqajın daşınması

“STANDART” tarifi qeydiyyatdan keçən baqajın 10 kq-dan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmaması şərtilə daşınmasına icazə verir. Əl yükü də ödəniş müqabilində daşınır.

Əlavə olaraq, aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir:

  • qadın əl çantası və ya kişi portfeli (üç ölçünün cəmi üzrə ölçüsü 75 santimetrədək)
  • portativ kompyuter (noutbuk)
  • gül dəstəsi
  • əl ağacı
  • çətir
  • kağızlar üçün qovluq
  • üst geyim
  • mobil telefon
  • fotoaparat
  • videokamera
  • portpleddə kostyum
  • Körpəni daşıma zamanı istifadə olunacaq uşaq beşiyi
  • hava gəmisinin salonunda və ya  sərnişinin ayaq altında təhlükəsiz yerləşə biləcək dayaqlar
  • iki yaşa kimi uşaqlar üçün uçuş zamanı tələb olunan qida və əşyalar.