Dünən AzQranata MMC-nin dəstəyi, Turizm.Az şirkətinin təşkilatçılığı ilə Azərbaycanın seçilmiş incoming və inbound şirkətlərinin iştirakı ilə adı çəkilən Azqranatanın Bakı ofisi-dequstasiya zalında Şərab turları ilə bağlı görüş keçirilib. Bu mövzuda geniş müzakirələr aparılıb.
![](https://gezmeli.az/wp-content/uploads/2019/04/58543219_548609015668800_8518169639853752320_n.jpg)
AzGranatanın istehsal üzrə direktor müavini vəzifəsində çalışan Vüqar Mikayılov şərabların istehsalı haqqqında danışıb. Şərabların fərqləri müzakirə olunub. Həmçinin qonaqlara müxtəlif şərablar təqdim olunub.
![](https://gezmeli.az/wp-content/uploads/2019/04/59494557_398101607437979_7028568883023839232_n.jpg)
Nəticədə, 03.05.19 tarixində Azqranata şərab zavodu və Şamaxıda yerləşən üzüm tarlalarına İnfoturun keçirilməsinə qərar verilib.
![](https://gezmeli.az/wp-content/uploads/2019/04/58625838_2173088786334598_4441130264353046528_n.jpg)