PAYLAŞ

Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Macarıstan Turizm Operatorları Assosiasiyası (MUISZ) əməkdaşlıq haqqında Memorandum imzalayıb

TravelNews.Az xəbər verir ki, Memorandum bu gün Azərbaycan Turizm Assosiasiyasının ofisində keçirilən Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş çərçivəsində imzalanıb.

Görüş zamanı turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub. Tərəflər həmçinin aprel ayında AZTA üzvləri üçün infoturun təşkil edilməsi barədə qərara gəliblər.