Turizm mütəxəssislərinin bir araya gəldiyi Azərbaycan Turizm Forumu 2017-də baş vermiş xətalar yaddaşda qaldı.
“Holiday İnn” otelində keçirilən tədbiri forumun təsisçisi Həvva Səfərova açıq elan edib və adıçəkilən tədbir haqqında bəzi xoşa gəlməyən məlumatlar yayılıb. İştirakçılar turizm şirkətlərinin təmsilçiləri həmçinin müxtəlif qurumların və şirkətlərin nümayəndələri olub. Forumda ümumi olaraq 2 panel olmaqla, 12 spikerin çıxışı nəzərdə tutulsada, 11 spiker çıxış etdi. Spikerlər çıxışları zamanı turizm sahəsində olan müxtəlif məsələlərə toxunublar. Tədbirin ümumi gedişində texniki halların çox olması tədbir iştirakçılarının tədbirdən tez getməsinə səbəb olub. Həvva xanım sonda növbəti tədbirlərin daha yaxşı keçəcəyinin sözünü verdi.
Turizm Forumu nədir?
ATF-in Azərbaycanda fəaliyyət göstərən yerli idarəetmədə olan otel və turizm agentliklərinin effektiv və uğurlu idarə olunmasının prinsiplərini bu sahənin mütəxəssisləri tərəfindən diskussiya olunmasıdır. Hər il mütəmadi olaraq keçirdiyimiz bu forum otel biznesinə yeni başlayanlar, öz turizm şirkətini yaratmaq istəyən və ya bu sahəni daha dərindən öyrənmək istəyən bütün turizm sevərlərin bir araya gəldiyi maraqlı layihədir.