Ev Bolqarıstan Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan

Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan

Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan da təmsil olunur

Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub.

İstinadən xəbər verir ki, səfirlik, Azərbaycan Turizm Assosiasiyası və “Buta Airways” şirkətinin birgə təşkilatçılığı ilə Sofiyanın “İnter Expo” Mərkəzində “Holiday&SPA EXPO” 35-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycan milli stendi yerləşdirilib.

Bolqarıstanda sərgi

Azərbaycan xalçaları ilə bəzədilmiş milli stenddə tədbir iştirakçıları və ziyarətçilərə ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, Azərbaycanın turizm potensialı, rekreasiya və turizm mərkəzləri barədə ətraflı məlumat verilib, “Breeze Travel” şirkəti tərəfindən hazırlanmış müxtəlif növ 7 günlük hazır tur-paketlər təqdim edilib, ölkənin turizm imkanlarını, mətbəxi və mədəniyyətini əks etdirən broşür və suvenirlər tədbir iştirakçılarına paylanıb. Ölkə stendində Azərbaycan istehsalı olan şərabların dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib.

Bolqarıstanda sərgi
Qeyd edək ki, Bolqarıstan Turizm Nazirliyinin himayəsi altında və Sofia şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə keçirilən “Holiday&SPA EXPO” Bolqarıstanda hər il keçirilən ən böyük turizm sərgisidir və turizm sahəsində ixtisaslaşan mütəxəssisləri, biznes dairələri, eləcə də potensial turistləri bir arada cəmləşdirir.
Bolqarıstanda sərgi