Ev Turizm Xəbərləri Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək

Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək

Otel

Azərbaycanda ulduz alan hotellərdə açıq və gizli monitorinqlər keçiriləcək.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, hazırda bütün hotellər aldıqları ulduzlara uyğun xidmət etmir: “Bakıda 100-dən çox hoteldə bu baxımdan problem yoxdur. Ancaq regionlarda bu, var“.

K.Quluzadə əlavə edib ki, Azərbaycan Hotellər Assosiasiyası Avropanın Otellər Assosiasiyasının üzvü olduğu üçün hotellər həmin qurumun standartlarına uyğun şəkildə ulduz alacaq.

Agentlik rəsmisi qeyd edib ki, ulduzlar verilən hotellərdə açıq və gizli monitorinq aparılacaq: “Açıq monitorinq birbaşa fəaliyyətin yoxlanılmasından ibarətdir. Həmçinin məşhur saytlar vasitəsilə qoyulan rəyləri izləyəcəyik. Gizli monitorinq isə Avropa və Azərbaycanın Hotel assosiasiyalarının mütəxəssisləri burada gizli olaraq qonaq kimi qalacaqlar, sonradan isə monitorinqin nəticələrini təqdim edəcəklər“.