Ev Turizm Xəbərləri Azərbaycanı qalib et

Azərbaycanı qalib et

Azərbaycan

Azərbaycanın turizm brendinin tanıtım çarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində ikinci pillədədir.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanın ilk pillədə yer alması, üçün ölkəmizin turizm potensialının təbliği aparılır. Daha geniş kütlə tərəfindən tanınması və dəyərləndirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu hər kəsdən dəstək gözləyir.

Oktyabrın 25-dək davam edəcək müsabiqədə ölkəmizi birinci etmək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/  linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik edə bilərsiniz.

“Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə qalib gələcək film və ya videoçarx Avstriyanın paytaxtı Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək.

Qeyd edək ki, 140 ölkə müsabiqəyə qatılıb. Seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla 28 ölkənin film və videoçarxı mübarizə aparır.