PAYLAŞ
Göygöl Milli Parkı

Təbiəti bəyaza bürüyüb saflaşdıran qar, bəlkə də qışın ən böyük silahıdır əslində. Qışı sevməyimizin ən böyük səbəbidir… Azərbaycanın göz oxşayan təbiəti qışda xüsusilə gözəl olur. Öz əzəmətilə dillər əzbəri olan Kəpəz dağının ətəklərinə isə qar bir başqa yaraşır. Elə bu səbəbəndir ki, bu füsunkar mənzərəni görmək üçün yerli və xarici turistlər ilin bir yox, hər fəslində Göygöl Milli Parkına üz tuturlar.

Göygölün “həyat hekayəsi”ni bilməyən yoxdur yəgin ki… 1139-cü ildə baş verən zəlzələ nəticəsində Kəpəz dağının bir hisssəsi uçaraq Ağ su çayının qarşısını kəsir və nəticədə Göygöl yaranır. Göygöl Milli Parkının ərazisində ümumilikdə 13 göl var ki, onlardan 7-si böyük göllər sırasına daxildir.

Göygöl Milli Parkının Elm, Ekoloji maarifləndirmə ve Ekoturizm üzrə direktor müavini Fuad Quliyev Ganjanews.az saytına bildirib ki, Göygöl Milli Parkında 10 istiqamət üzrə Ekoturizm marşrutu təşkil edilir.

Bunlar aşağıdakılardır:

1.Göygöl Milli Parkı: Göygöl – Maral göl marşrutu (14 km)

2.Göygöl Milli Parkı: Göygöl – Göygölün mənsəbi – Qaragöl (9 km)

3.Göygöl Milli Parkı: Göygöl – Quş gölü (10 km)

4.Göygöl Milli Parkı: Göygöl – Ağ su çayı (11 km)

5.Göygöl Milli Parkı: Göygöl – Göz göl (8 km)

6.Göygöl Milli Parkı: Ördək gölü – Göygöl (8 km)

7.Göygöl Milli Parkı: Qara göl 2 – Güzgü göl (6 km)

8.Göygöl Milli Parkı: Şamlıq gölü – Xan yurdu (15 km)

9.Göygöl Milli Parkı: Xan bulağı – Ayıgöl – Kəpəz dağı (20 km)

10.Göygöl Milli Parkı: Zəli göl – Keçi qayası – Gəlinqaya (22 km)