PAYLAŞ

İllik tədbir keçiriləcək

Fevralın 15-də saat 09:30-da  “JW Marriott Absheron” hotelində turizm biznesi peşəkarları üçün “B2B Luxury & MICE Workshop” adlı ənənəvi illik tədbir keçiriləcək.

Tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarları olacaq. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan  aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından  olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaq. B2B Luxury & MICE Workshop layihəsi çərçivəsində habelə 13 fevralda  Qazaxıstanda (Almatı)  və 17 fevralda Gürcüstanda (Tbilisi)  vorkşoplar keçiriləcək.

Bu il  ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaş ölkəsi qismində Sloveniya  çıxış edir. Vorkşopun açılışında bu ölkənin Turizm ofisinin nümayəndələri Bakının turizm şirkətləri üçün təqdimat keçirəcək, turizm istiqaməti olaraq ölkənin unikal cahətləri haqda söhbət açacaq, habelə Turkish Airlines hava yolları şirkətindən olan onların həmkarları 2016-cı ildə Avropanın Yaşıl paytaxtı adını qazanan Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana təyyarə reyslərinin əlverişli proqramını təqdim edəcəklər. Bu il vorkşopda iştirak etmək məqsədilə Sloveniyanın habelə Grand Hotel Sava Rogaška, LifeClass Portorož otellərilə yanaşı, gəlmə turizm üzrə ixtisalaşan Palma DMC və Renee Tours şirkətlərinin nümayəndələri Azərbaycanı ziyarət ediblər.

Bu il ilk dəfə olaraq  B2B Luxury & MICE Workshop-da Monakonun turizm üzrə Ofisi, Lüks dərəcəli Italian Hospitality Collection birliyinin otelləri, Paris şəhərinin hava limanı, habelə Avropanın bir sıra gəlmə turizm şirkəti iştirak edir. Vorkşopun digər iştirakçıları olan Belmond, Grecotel, Relais & Chateaux kimi dünya şöhrətli otel qrupları Azərbaycan turizm bazarını bizneslərinin inkişafı baxımından çox önəmli saydıqlarına görə Bakını əvvəllər də ziyarət ediblər.

Tədbir haqqında ətraflı məlumat və xarici iştirakçıların tam siyahısı ilə www.B2Btravelworkshop.com saytında və yaxud Facebook səhifəsində tanış olmaq olar.