Ev Turizm Xəbərləri Bakı-İstanbul avtobusunda nasazlıq: sərnişinlər yolda qaldı

Bakı-İstanbul avtobusunda nasazlıq: sərnişinlər yolda qaldı

Alpar turizm şirkəti

Hacıqabul rayonunda Türkiyənin “Alpar” turizm şirkətinə məxsus avtobusda nasazlıq yaranıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

P.Məmmədova bildirib ki, hadisə Bakı-Qazax magistralının rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində baş verib:

“Bakıdan İstanbula hərəkət edən avtobusun sürücüsü Türkiyə vətəndaşı olub. Avtobusun radiatorunun pəri qırılıb. Yaranan nasazlığa görə həmin avtobusla yola davam etmək məqsədəuyğun olmadığı üçün daşıyıcı şirkət başqa avtobus göndərib”.