PAYLAŞ
turizm

TurStat” analitika agentliyi MDB ölkələrinin ən yaxşı yay kurortlarının reytinqini hazırlayıb.

“APA-Economics”in agentliyə istinadən verdiyi məlumata görə, Bakı MDB ölkələrinin ən yaxşı yay kurortları siyahısının ilk beşliyində yer alıb.

Ümumiyyətlə, siyahıda yer almış ən populyar kurortlar sırasında Qazaxıstan, Qırğızıstan, Belarus, AzərbaycanErmənistanın kurortları var.

Reytinq tərtib olunan zaman vizasız rejim, yerli əhalinin rus dilini bilməsi, qonaqpərvərlik, ucuz istirahət, ləziz mətbəx və meyvələr kimi amillərə diqqət yetirilib.

“TurStat”ın məlumatı Rusiyadan sözügedən kurortlara gələnlərin sayına və kurortların infrastrukturuna əsaslanır. Rusiyalı turistlər yay kurortlarına əsasən 7-14 günlük gəlirlər və sutka ərzində MDB ölkələrinin kurortlarında təxminən 50-100 ABŞ dolları xərcləyirlər.

Reytinqin ilk beşliyində yer almış ən ucuz kurortlar İssık-Kul gölü (sutkada 50 dollar) və Burabay (sutkada 70 dollar), ən bahalı kurort isə Bakı və Abşerondur (sutkada 110 dollar).

MDB ölkələrinin ən yaxşı yay kurortları:

#KurortÖlkə
1BurabayQazaxıstan
2İssık-Kul gölüQırğızıstan
3Naroç gölüBelarus
4Abşeron, Bakı, Xəzər dəniziAzərbaycan
5Sevan gölüErmənistan