300 turizm şirkətinin iştirak etdiyi tədbir
Bu ilin iyulun 5-dən sentyabrın 13-dək “PASHA Holidays” (“PASHA Travel”in struktur bölməsi) Monteneqronun Tivata şəhərinə çarter reysləri təşkil edəcək.
Əziz və dəyərli oxucularımız,ötən günlərdə bu tədbir haqqında elanı sizlərlə paylaşmışdım. Monteneqroya kiçik də olsa virtual səyahət etmişdik.Təqdimat fevralın 8-də Paytaxtımızda yerləşən “JW Marriott Absheron Baku” hotelində reallaşıb.
Verilən məlumata görə, tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Təqdimatda Azərbaycanın 300-ə qədər turizm şirkətinin nümayəndəsi iştirak edib.”Go Travel” turizm şirkətidə Pasha Holiday şirkəti tərəfindən dəvətli idi.Xatırladım ki, “Go Travel” turizm şirkəti ilin nömrə 1 turizm şirkəti seçilib.
Qeyd edək ki, Monteneqro Azərbaycanla vizasız rejim tətbiq edib.
“Go Travel”sizi Monteneqronun nəfəskəsici gözəlliyi ilə salamlayır!
Bu qədər kiçik, təbii və yaxın, sakit, rahat və məhrəm olan Monteneqro Adriatik cənnətinin ayrılmaz hissəsidir. O, qapılarını unudulmaz istirahət axtarışında olan, təbiətlə birliyi hiss etməyi və möhtəşəm çimərliklərdə dincəlməyi istəyən hər kəsin üzünə açır. Bura heyranedici təbiəti və qonaqpərvər insanları olan, parlaq günəşi, mavi dənizi, gözəl çimərlikləri və hər zövqə uyğun otelləri, villaları və apartamentləri, meyvələr, tərəvəzlər və dəniz məhsullarının bolluğu ilə tanınan cəlbedici ölkədir. Aralıq dənizinin incisi –Monteneqroda təbii sərvətlər, gözəllik, təmiz çimərliklər, şəffaf göllər, sürətli çaylar və uca dağlar – hamısı bir araya gəlir. Siz bu cür təzadlı təbiəti başqa heç yerdə tapa bilməyəcəksiniz.
Müxtəlif gəlir səviyyəsinə malik olan və müxtəlif
nəsillərdən olan insanlar istirahətlərini dünyanın bu cazibəli guşəsində keçirə bilər. Bura həm istirahət edərkən daha çox gecə həyatı keçirmək istəyən gənclər, həm də sakit və orijinal istirahət arzusunda olanlar üçün mükəmməldir.
Monteneqroda bir çox görməli yerlər var, lakin Skadar gölü, Monaka Monastırı, “mavi mağaralar”ı ilə tanınan Kotor körfəzi, Kotor və Qədim şəhərin mənzərələri, Tara çayının kanyonu və digər yerlər bu ölkənin turizm
inciləridir.
Rezervasiya üçün: “Go Travel” turizm şirkətinə yaxınlaşa bilərsiniz.
Əlavə məlumat üçün:
☎+994 12 564 60 30
?+994 50 664 60 30 ( Whatsapp )
?+994 55 664 60 30
?+994 70 664 60 30
? http://gotravel.az
? info@gotravel.az
Ünvan: Fətəli Xan Xoyski 85 (Gənclik metrosunun çıxışı, 200 nömrəli məktəbin yanı)