“Ural Hava Yolları” şirkəti aprelin 5-dən Samara – Bakı – Samara reysini həyata keçirməyə başlayacaq.
Aviaport.ru portalının məlumatına görə, birbaşa reyslər “Airbus A320” təyyarələri ilə hər həftənin cümə günü həyata keçiriləcək.
Təyyarə Samaradan 13:10-da havaya qalxacaq və 15:45-də Bakıya eniş edəcək. Eləcə də həmin gün Bakıdan 16:45-də qalxan layner 19:10-da Samara aeroportuna enəcək.
Biletlərin bir istiqamət üzrə minimal tarifi 97 avrodur.
Nəşr yazır ki, Azərbaycan paytaxtında istirahət bütün ailə üzvlərinin ürəyincədir:
“Atəşgah məbədini ziyarət edin, Heydər Əliyev mərkəzinə gedin, Xalça muzeyinə baş çəkin və ya Qız qalasının sirrini açmağa çalışın! Bakını London taksilərində gəzmək daha da zövq verir”.