Ev Gəzməli yerlər Gəzəyənlər BAKIDAN BÜTÜN REYSLƏRİ İSTANBULUN YENİ AEROPORTUNA HƏYATA KEÇİRİLƏCƏK

BAKIDAN BÜTÜN REYSLƏRİ İSTANBULUN YENİ AEROPORTUNA HƏYATA KEÇİRİLƏCƏK

İstanbul reysləri

Atatürk” hava limanının bağlanması ilə əlaqədar olaraq aprelin 7-dən etibarən AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri yeni hava limanına (Istanbul New Airport) həyata keçiriləcək. 

Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (31 martdan – 26 oktyabradək) çərçivəsində “Azərbaycan Hava Yolları” Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə üç reys, 1 may tarixindən 6 oktyabr tarixinədək isə gündə dörd reys həyata keçirəcək. 

Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir. 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir.

Biletləri artıq əldə etmiş transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər. Belə ki, digər aviaşirkətlərin əvvəllər “Atatürk” hava limanına həyata keçirilən reysləri də İstanbulun yeni hava limanından yerinə yetirilməsi gözlənilir.