Ev Turizm Xəbərləri Bakıda 4-cü İndoneziya Mədəniyyət Festivalı keçiriləcək

Bakıda 4-cü İndoneziya Mədəniyyət Festivalı keçiriləcək

Husnan Bey Fanani

Bakıda 11-15 sentyabrda 4-cü İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.

Bunu jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani deyib.

Onun sözlərinə görə, festival 11 sentyabrda Heydər Əliyev Sarayında, 13-15 sentyabrda Fəvvarələr meydanında keçiriləcək.

“Hər zaman olduğu kimi, festival bu il də İndoneziyanın ən gözəl və ən parlaq nümunələrini Azərbaycana gətirəcək, istər insanları, istər mədəniyyəti, istərsə də əyləncə və mətbəxi baxımından. Bakı nəinki mədəni çıxışların şahidi olacaq, həm də yeməklərimizi dadmaq və İndoneziyanın gözəlliyindən bir mənzərə əldə etmək imkanı qazanacaq. Ən mühüm hissəsi isə odur ki, Bakı bizim xalqımızı bir qədər daha yaxından tanıyacaq”, – deyə H.B.Fanani bildirib.

Festivala İndoneziyanın Təhsil və mədəniyyət, Gənclər və idman və başqa nazirliklərin nümayəndələri qatılacaq.

Eyni zamanda, İndoneziyanın istehlak malları, ev əşyaları və turizm kimi bir neçə sektordan olan iş adamları da Bakıya gələcək.