PAYLAŞ
“E-Commerce & Travel – 2019”

Sheraton Baku Airport” otelində turizm sektorunda e-ticarət mövzusuna həsr edilmiş geniş “e-Commerce & Travel – 2019” konfransı keçirilib.

Tədbir “Azərbaycan Hava Yolları”nın baş tərəfdaşlığı ilə keçirilib. Təşkilatı dəstəyi “Smart Solutions”, “Amadeus” və “Silk Way Travel” şirkətləri həyata keçirmişdir. Konfransda müxtəlif ölkələrdən ümumilikdə 250 nəfər iştirak etmişdir.

Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev giriş nitqi ilə çıxış edərək son illərdə Azərbaycanda mülki aviasiya və turizm sahələrində əldə olunan nailiyyətləri vurğulamışdır.

“Azərbaycanın ərazisinin kiçik olmasına baxmayaraq, paytaxt və regionlarımızda beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq aeroportun fəaliyyət göstərməsi və milli aviadaşıyıcılarımızın marşrut şəbəkəsinin daima genişlənməsi ölkəmizə turistlərin axını üçün geniş imkanlar yaradır”, – Eldar Hacıyev qeyd etmişdir.

Konfransda həmçinin AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə iştirak Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways”in direktoru Nazim Səmədov iştirak edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov təqdimatlarla çıxış etmişdir.

Tədbirdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Azərbaycan Turizm Bürosunun, Azərbaycan Dəmir Yollarının, Azərbaycanın ən böyük turizm şirkətlərinin və turizm və aviasiya sektorlarında elektron xidmətlərin aparıcı təchizatçı şirkətlərinin nümayəndələri iştirak etmişdir. Bu sahədəki ən son yeniliklər və imkanlar barəsində məlumat vermişdir.

e-Commerce & Travel” forumu çərçivəsində spikerlər həmçinin panel müzakirələr formatında da diskussiyalar aparmışdır.

Konfransın nəticəsi kimi, iştirakçılar qarşılıqlı razılıqlar əldə etmişdir. Həmçinin turizm sənayesinin müxtəlif sahələrində gələcək əməkdaşlıq planlarını müzakirə etmişdir.

Tədbirin nəticələrinin əks olunduğu videoçarx ilə linkdən tanış ola bilərsiniz: https://youtu.be/LQc8PbsO1Ak