PAYLAŞ
sərgi

Bakıda “Caspian Ecology” 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin açılışı olub.

Atv.az xəbər verir ki, sərgidə Azərbaycan da daxil olmaqla 10 ölkədən 60 şirkət iştirak edir. Sərginin açlışında məktəblilər tərəfində flaşmob nümayiş olunub. Daha sonra plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, vulkan püskürmələri, meşələrin salınması üçün 50-dən çox yerli toxum sortu və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunub. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin şirkətlərinin nümayiş etdirdiyi məhsullarla tanış olub. Qeyd edilib ki, sərgidə nümayiş olunan bütün yeni texnologiyalar ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib.

Firdovsi Əliyev- Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini: “Bizim üçün ən maraqlı məslələrdən biri xəzərin mühafizəsində önəmli rol oynayan çirkab suların təmizlənib sonradan dənizə axıdılmasıdır. Bununla da bağlı şirkətlər burda qabaqcıl texnologiyalarını nümayiş elətdirirlər. Fürsətdən istifadə edib bütün iş adamlarınasəslənirəm ki, 3 gün ərzində onlar sərgiyə gəlib baxsınlar. Yeni texnologiyalaral tanış olub və onu tətbiq eləsinlər. Bütövlükdə bu sağlam mühitin təşkil olunmasında böyük rol oynayır”.