Xəzər sahilində yerləşən restoranlar araşdırılıb
Sizə onları təqdim edirik.
1. “Shore House” restoranı
Bu restoran Nardarandakı “See Breeze Resort”un daxilində yerləşir. “Shore House”da manqal və təndirdən hazırlanan Azərbaycan yeməkləri, assorti qutablar, cürbəcür plovlar, nərə balığından buğlama, balıq yeməkləri, isti məzələr, desertlər və digər təamlar təklif olunur. Restoranın təmiz sahilində kiçik yürüyüşə də çıxa bilərsiniz.
2. Restoran “İntourist”
Bayraq meydanının yaxınlığında yerləşən “İntourist” restoranında Qafqaz, Slavyan, Baltikyanı və Orta Asiya mətbəxi təklif olunur. Menyuda ənənəvi pelmenlər, ətli uxa, Belorusiya dranikləri, kabablaı və dolma qarşınıza çıxacaq. Ədviyyatlı şərq yeməkləri – şurpa, doyumlu mantı, lağman və gizli reseptlə bişirilmiş Asiya plovu isə sizin üçün yeni bir kəşf olacaq. Baltikyanıdan qeyri-adi və yüngül yeməklər – seppelinlər, İntourist restoranının hiti – zərif “Kama” deserti, qızıl balıqlı və ya kilkəli smorrebrodlar yemək həvəskarlarını təəccübləndirə bilər. Restoranın özəlliyi onun taxta sobası olan açıq mətbəxindədir və qara çörək elə oradaca bişirilir.
3. “Sherlock’s beach”
Buranın infrastrukturuna koteclər, hovuzlar, divan, restoran pavilyonları, dəniz sahilində yerləşən çardaqlar və balaca estakada daxil olan restoran-mehmanxana daxildir. Axşamlar “Sherlock`s beach”də canlı musiqi səsləndirilir. Vokal və instrumental kompozisiyalar rahat atmosfer yaradır.
4. “Halikarnas” balıqçısı
“Halikarnas” balıqçısı Xəzərin sahilində, Hövsan yolu, Qum adasında yerləşir. Restoranın interyeri gəmi göyərtəsi formasındadır. Restoranın 200 nəfərlik qış zalı, 500 nəfərlik bağı, 11 VIP otağı və 4 delux salonu var. Burada ağbalıq və nərə ikrası, nərə balığından dolma, turşuya qoyulmuş balıq, paela (düyü və dəniz məhsullarından hazırlanan ispan yeməyi) və bir çox başqa yeməklər təklif olunur. Hazırlanan yeməklər üçün balıq Türkiyədən gətirilir.
5. “Nar&Sharab” restoranı
Xəzər sahilindəki bu restoranın zalı müxtəlif banketlər, buraxılış gecələri, yubiley və ailə bayramları keçirmək üçün uyğundur. Gəmi kayutunu xatırladan xüsusi otaqlar bej-qəhvəyi çalarlarda tərtib edilib və kiçik kampaniyalar, romantik görüşlər üçün nəzərdə tutulub. Burada müxtəlif balıq təamlarını, salatları və şorbaları dada bilərsiniz.
6. “Darya Fish house”
Bura əla mətbəxi olan ailəvi balıq restoranıdır. Restoran Bibiheybət yaxınlığında yerləşir və manqal, tavada hazırlanan suf, sazan, kefal, kütümdən hazırlanmış balıq yeməkləri ilə məşhurdur. Restoranda 50 nəfərlik 3 banket zalı, 100 nəfərlik panorama zalı, həmçinin 200 nəfərlik dəniz körpüsü fəaliyyət göstərir. Terrasdan dənizə gözəl mənzərə açılır.
7. “Promenade Sunset Bar & Lounge”
Restoran “Jumeyrah Bilgah Beach”də yerləşir. Olduqca gözəl mənzərəsi var. Burada müxtəlif balıq məhsullarını dada, kokteyl içə, qəlyan çəkə və dənizin səsini dinləyə bilərsiniz.
8. “Beluga” restoranı
Restoran Buzovna qəsəbəsində yerləşir. İnteryeri təbii materiallar, ağac və daşlarla, isti, rənbərəng tonlarla tərtib edilib. Buranın menyusu balıq kababı, ət, toyuq, nərə və qrildə qızılbalıq, müxtəlif qızardılmış balıqlar, steyklər, soyuq və isti məzələr, qutablar, salatlar, desertlərdən ibarətdir.
9. “Jazzy Beach”
Bura “Khazar Golden Beach Hotel”də yerləşir. Məkan təmiz sahili ilə fərqlənir. Restoranda ləzzətli təamları dada, canlı caz musiqisindən zövq ala və Dj-lərin ritmləri altında rəqs edə bilərsiniz.