PAYLAŞ
Qlobal Sağlamlıq Turizmi Forumu

Aprelin 22-24-də Bakı şəhərində Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan SağlamlıqTermal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçiriləcək.

Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerçəkləşdiriləcək tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən dəvət olunacaq. Hətta müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət ümumi sayda 150 nəfər xariciyerli qonağın iştirakıda nəzərdə tutulur.

Beşinci Assambleyada quruma yeni sədr seçilməsi və sonda Bakı deklarasiyasının qəbul olunması nəzərdə tutulur.

Forum rəsmi görüşlər və danışıqlar, plenar və panel iclasları, yerli və xarici sağlamlıq turizm müəssisələrinin sərgisindən sonra xarici nümayəndələrinin Naftalan, Qalaaltı, Duzdağİstisu müalicəvi- sağlamlıq mərkəzlərinə tanışlıq səfəri təşkil ediləcək.

4 zirvə toplantısı

Məlumat üçün bildirək ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib. Indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayilan forumu keçirilib. QSTŞ-nin 60-a yaxın üzvləri sırasında ABŞ, AFR, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Çin, Hindistan, İran, Qazaxıstan, İordaniya, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qlobal Sağlamlıq Turizm Şurasında Azərbaycanı ləyaqətlə təmsil edir. 2014-cü ildən etibarən bu təşkilatın İdarə Heyətinin üzvüdür. 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçilib və Azərbaycan Respublikası qeyd olunan mötəbər təşkilata rəhbərlik etmək hüququ ilə növbəti sahib ölkə qismində təsdiq edilib.

Qeyd edək ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq. Bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək. Həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq.

Forum “Pullman Baku” hotelində aprelin 22-də öz işinə başlayacaq.