PAYLAŞ

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) “Tibbi Turizm” üzrə Alman-Azərbaycan biznes-forumu keçirəcək

Gezmeli.az AZƏRTAC-a istinadən xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadla xəbər verir. Biznes-forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədardır.“Berlin biznes və texnologiya tərəfdaşı” GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirməkdir. Alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.

Forum zamanı iştirakçılar yeni biznes imkanları əldə edə, yeni layihələr tanıya və Alman-Azərbaycan sıx əməkdaşlığının bir hissəsi olaraq şəbəkələrini genişləndirə bilərlər.

Qeyd edək ki, Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, həyata keçirilən zəruri proqramlar, layihələr və qabaqcıl texnologiyaların tətbiqidir. Yeni kadr potensialının hazırlanması Azərbaycan hökumətinin prioritet istiqamətlərindəndir. Bu layihələrdə beynəlxalq əməkdaşlıq önəmli rol oynayır. Xüsusən, səhiyyə sahəsində dünya üzrə rəqabətədavamlı texnologiya və innovasiyaları ilə aparıcı mövqeyə malik olan Almaniya bu baxımdan Azərbaycana əhəmiyyətli partnyorluq imkanları təklif edir.