Ev Aviabiletlər Bakıdan Sofiyaya birbaşa uçuşla gediləcək – AZTA dedi

Bakıdan Sofiyaya birbaşa uçuşla gediləcək – AZTA dedi

Azərbaycan - Bolqarıstan arasındakı görüş
Azərbaycan - Bolqarıstan arasındakı görüş

AZƏRBAYCAN-BOLQARISTAN ARASINDA TURİZM ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Bolqarıstanın Azərbaycandakı səfirinin birinci müavini Yanko Yanakiyev və konsulu Kirill Apostolovu qəbul edib.

Görüş zamanı ölkələr arasında viza prosedurlarının sadələşdirilməsinin aktuallığı məsələsi qeyd olunub. Belə ki 16 yanvar 2018-ci il tarixdən Bakı – Sofiya birbaşa aviareysləri təşkil olunacaq. AZTA rəhbəri Nahid Bağırov səfirlik tərəfinfən bir neçə yerli turizm şirkətinin akkreditasiya edilməsini təklif edib. Çünki, bu prosedurların sadələşməsinə eləcə də turist axınının artımına səbəb ola bilər.

Səfirin birinci müavini Yanko Yanakiyev qeyd edib ki, Bolqarıstanda turizmin təbliğatı hökümət səviyyəsində aparılmır. Buna görə də bu işlərin Azərbaycan Turizm Assosiasiyası tərəfindən aparılması qarşılıqlı turist axınına əlavə dəstək ola bilər. Birinci müavin, həmçinin Azərbaycan və Bolqarıstan qış kurortları arasında əməkdaşlıq imkanlarından, bu şəhərlərin qardaşlaşmış-şəhərlər olması imkanlarından, eləcə də yay aylaında çarter aviareyslərinin təşkili imkanlarından danışıb.

Azərvaycan Bolqarıstan arasındakı görüş
Azərvaycan Bolqarıstan arasındakı görüş

Konsul Kirill Apostolov qeyd edib ki, səfirliyin təqdim etdiyi vizalar həmçinin Rumıniya, yunan Kipri və Xarvatiya üçün keçərlidi. Bu da Bolqarıstanı azərbaycanlı turistlər üçün daha da cəlb edici istiqamət edir. İndiyə kimi, səfirlik cəmi 20 nəfərə viza təqdim etməkdən imtina edib və bunların hamısı xarici vətəndaşlar olub. Azərbaycan vətəndaşları üçün vizaların təqdim edilməsində problemlər müşahidə olunmur.

Görüşün nəticəsi olaraq 15 dekabrda səfirlikdə Bolqarıstanın turizm potesialı və viza prosedurları barədə təqdimatın keçirilməsi qərara alınıb. Təqdimatı Kirill Apostolov keçirəcək. Birinci müavin və konsul qeyd etdilər ki, Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlığın hökümət səviyyəsində təşkil olunması üçün xüsusi təkliflər hazırlanacaq. Hazırlandıqdan sonra, Bolqarıstanın Xarici İşlər Nazirliyinə təqdim olunacaq.

Bakıdan Sofiyaya necə gedə bilərəm?

Bolqarıstan sərfəli səyahətlər üçün idealdır və Avropanın ucuz ölkələrindən biridir. Bura dostlarınız, ailəniz və uşaqlarınızla gələ bilərsiniz.

Bolqarıstan, Sofiya şəhəri
Bolqarıstan, Sofiya şəhəri

Bolqarıstan üzrə qısa səyahət proqramı: Sofiyada “İlbiz Evi”ni axtarıb tapın, “Yeddi Göl” ətrafında gəzişin, Rilski monastırını ziyarət edin, Bolqarıstanın qədim tarixi ilə Plovdiv şəhərində tanış olun, ətirli “Qızılgül Vadisi”ni ziyarət edin və termal mənbələr və müalicəvi palçıq ilə öz sağlamlığınızın qeydinə qalın.

Qışda məşhur Bansko kurortunun qarlı yamaclarında sürüşün, yayda isə “Qızıl Qum” üzərində istirahətdən zövq alın!

Elə indi saytımızda 29 avrodan başlayan qiymətlərlə Bakı – Sofiya istiqaməti üzrə aviabiletləri onlayn bron edin.