PAYLAŞ
turizm

Barselona turizmin şəhərə təsirini yüngülləşdirməkdən ötrü turizm vergisini artırmaq niyyətindədir.

Əlavə artım bir gecəlik və kruiz üçün gündəlik 4 avro təşkil edəcək. Yığılan vəsait bütövlüklə Şəhər Şurasına təhvil veriləcək.

Vergi yığımı turizm məqsədilə qeyri-qanuni istifadə edilən mənzillər üzərində nəzarətə, bu mənzillərin qonşuluğunda yerləşən, turizmdən daha çox əziyyət çəkən insanların həyat şəraitinin yaxşılaşdırılmasına və kənd turizmi istiqamətinin yaradılmasına sərf ediləcək.

Kataloniya hökumətinin ideyası gələn ildən ödənişi toplamağa başlamaqdır. Barselonada turistlər tərəfindən ildə təxminən 30 milyona yaxın “gecə” hesablanır. Bunlara hələ kruiz laynerlərinin 2,2 milyon sərnişinlərini də əlavə etmək olar. Hazırda hər bir müəssisənin dərəcəsindən asılı olaraq, turizm vergisi bir gecə üçün 0,65 avrodan 2,25 avroyadək təşkil edir. Barselona Şəhər Şurası Jeneralitetin (ali özünüidarə orqanı) hər il topladığı 60 milyon avrodan 15 milyonunu qəbul edir.