Ev Gəzməli yerlər Gəzəyənlər Barselonanın kruiz limanı İspaniyanın ən yaxşı limanı sayılıb

Barselonanın kruiz limanı İspaniyanın ən yaxşı limanı sayılıb

İspaniya

Barselona limanı kruiz istirahətinin keyfiyyətinə görə “Premios Excellence”nin baş mükafatına layiq görülüb. Bu mükafat artıq 12-ci dəfədir təqdim edilir. Kataloniya paytaxtı 2018-ci ildə İspaniyanın ən yaxşı liman şəhəri sayılıb.

Gezmeli.az Barselona limanı administrasiyasına istinadla xəbər verir ki, “Premios Excellence” kruiz mövzusunda ixtisaslaşan “Cruise News Media Group” media şirkəti tərəfindən təqdim olunur. Kartahenada keçirilən tədbirdə kruiz sənayesinin və turizm sektorunun 350 nümayəndəsi iştirak edib.