PAYLAŞ
Tur de Frans

Tur de Frans” velosiped yürüşü ilk dəfə 1992-ci ildə San-Sebastyandan start götürüb.

Basklar ölkəsi 2023-cü ildə dünyanın ən tanınmış və nüfuzlu velosiped yürüşünə – “Tur de Frans”a ev sahibliyi etməyə hazırlaşır.

Bunu Bask hökumətinin prezidenti İnyiqo Urkullu və Fransanın Bayonna şəhərinin meri Jan-Rene Etçeqaray birgə mətbuat konfransında bəyan ediblər. Tədbirin start götürəcəyi şəhər və mərhələlərin marşrutları hələlik müəyyən olunmayıb

Hazırda Bilbao şəhərinin namizədliyi nəzərdən keçirilir. Bu şəhər ən ağlabatan başlanğıc nöqtə sayılır, çünki Biskayya vilayətinin paytaxtı ya turizm, ya da velosiped yürüşlərinin start götürməsi məqsədi ilə illər boyu “Tur de Frans” marşrutunun bir hissəsi olmaq üzərində çalışıb.

Basklar ölkəsi son illərdə əsas etibarilə Bilbaoda iri idman tədbirləri keçirir. Bilbaodakı San-Mames futbol stadionu ötən il reqbi üzrə iki böyük Avropa finalının arenasına çevrilib, 2020-ci ildə futbol üzrə Avropa Kuboku matçlarının keçiriləcəyi stadionlardan biri olacaq.