PAYLAŞ
Buta airway

“Bakı-Batumi birbaşa aviareysi Gürcüstan və Azərbaycan arasında münasibətlərin və turizm əlaqələrinin inkişafına töhfə verəcək”.

Bu barədə Batumi meri Laşa Komaxidze hava limanında Bakı-Batumi birbaşa aviareysi üzrə ilk uçuşu həyata keçirən təyyarənin qarşılanma mərasimində bildirib.

O, “Buta Airways” şirkətinin Bakı-Batumi aviareysi üzrə uçuşlara başlamasını müsbət qiymətləndirib: “Reys olduqca rahatdır. Belə ki, azərbaycanlı qonaqlar Batumiyə, bizim vətəndaşlar isə Bakıya maksimum yarım saata çatacaqlar”.

Merin sözlərinə görə, sabah Batumidə turizm mövsümü başlayır: “Bakı-Batumi reysi çox yaxşı hədiyyə və builki turizm mövsümünün başlanğıcı oldu”.

Təyyarənin qarşılanma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsul Pərviz İsmayilzadə, “Buta Airways” aviaşirkətinin direktoru Nazim Səmədov iştirak ediblər.

Qeyd edək ki, “Buta Airways” şirkəti Bakı-Batumi istiqaməti üzrə uçuşları cümə və bazar günləri olmaqla həftədə iki dəfə yerinə yetirəcək.