PAYLAŞ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan olunan bayram günlərində Azərbaycanın milli parklarına 2000-ə yaxın turist səfər edib. Milli parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova bildirib.

A.Səmədovanın sözlərinə görə bayram tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib. Bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti və turistlərin Şahdağ milli parkındakı zubrları və yeni dünyaya gəlmiş zubr balasını görmək istəmələri ilə bağlıdır. Eyni zamanda, digər milli parklarda da turistlərin sayında artım qeydə alınıb. Buna səbəb son dövrlərdə Azərbaycanın milli parklarında ekoturizmin təbliği ilə bağlı həyata keçirilən layihələr var. Müxtəlif yaş qruplarını əhatə edən əyləncəli guşələrin yaradılmasıdır.