PAYLAŞ
Mədəniyyət axşamı

Turizmin inkişafında mədəniyyətlərin ünsiyyətinin rolu vacibdir. Bu sözləri Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid martın 7-dəİTB Berlin 2019” turizm sərgisi çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyəti axşamı tədbirinin açılışında deyib.

Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri, turizm üzrə bloger və influenserler gecədə iştirak ediblər. Azərbaycan musiqisinin tanıtımı məqsədilə milli musiqilərdən ibarət kompozisiyalar tarda qonaqlara təqdim olunub, həmçinin bəstəkar və pianoçu İsfar Sarabski çıxış edib.

Berlin

Tədbirdə fotoqraf Orxan AslanovunMənim Azərbaycanım“ adlı fotosərgisi çərçivəsində ölkəmizin görməli yerləri nümayiş etdirilib.

Berlin

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək Azərbaycanın turizm potensialının zənginliyi haqqında danışıb.