Null Stern otel şirkətləri qrupu İsveçrədə maraqlı yeniliyə imza atıb.
Gezmeli.az-ın məlumatına görə, şirkət rəhbərliyi açıq havada müştəriləri üçün otel otağı təklif edir. Yeni otel İsveçrənin Qrabünden dağ silsiləsində, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir.
Otaq açıq havada qoyulmuş çarpayıdan ibarətdir və burada hamam, internet yoxdur. Ən yaxındakı hamama getmək üçün 10 dəqiqəlik yürüyüş etməlisiniz.
Otağın bir gecəsinin qiyməti isə 395 manatdır.
Sizədə bu oteldə istirahət arzulayıram. Burada açıq havadan zövq alaraq dəyişik bir istirahət edə bilərsiniz.