PAYLAŞ
BKS

Beynəlxalq Kosmik Stansiyaya uçuş və orada bir ay qalmaq kosmik turistə 59 milyon dollara başa gələ bilər. 

Bu barədə Aeronavtika və kosmik məkanın tədqiqatı üzrə ABŞ-ın milli idarəsinin (NASA)  maliyyə direktoru Ceff Devit brifinqdə bildirib.

Qeyd edək ki, NASA cümə günü BKS-nın kommersiya şirkətləri tərəfindən istifadəsinin genişləndirildiyini, eləcə də kosmik turizm, istehsal və marketinq üçün orbital stansiyanın açıldığını elan edib. Agentlik 2020-ci ildən başlayaraq hər il iki qısamüddəli turistik missiya yollamağı planlaşdırır.

Devit əlavə edib ki, orbitdə qalmaq, qidalanmaq, eləcə də həyat təminatı sistemlərindən istifadə üçün ödənişi turist artıq NASA-ya edəcək. 

“Kobud desək, bunun bir gecəsi 35 min dollara (ayda bir milyona) başa gəlir”, – deyə Devit bildirib.