Ev Turizm Xəbərləri “Boeing” avropalı rəqibinə “uduzur”

“Boeing” avropalı rəqibinə “uduzur”

Boeing

Le-Burje 2019” aviasərgisində “Boeing”in reputasiyasını bərpa etmək istəyi alt-üst olub. Hətta “Boeing”in 737 MAX təyyarələrin satışı ilə bağlı bağladığı müqavilə də böyük endirimlə bağlanıb. Bu dəfə böyük satış “Airbus”un payına düşüb. Adı çəkilən avişirkət ötən dəfədən də çox satış edib. Həmçinin Rusiya da amfibiya B-200 təyyarələrini adı çəkilən sərgidə sata bilib.

Bu il çoxları “Boeing”in uğursuzluğunu proqnoz etmişdi. “Boeing” rəsmisi bildirmişidi ki, onların əsas hədəfi satışların sayını artırmaq yox əvəzində itirilmiş reputasiyanı bərpa etmək və 737 MAX həyata qaytarmaqdır.

Bloombergin məlumatına görə, “Le-Burje 2019”da “Boeing” 2016-cı ildən bu yana ən aşağı satış sərgiləyib. Buna rəğmən hələ “Boeing” in tam süqutundan danışılmır. Çünki şirkətin 737 MAX-lara 200 layner sifariş aldığı bildirilir. Belə ki, 737 MAX –ların iştirakı ilə olan iki böyük aviaqəzada 346 nəfərin dünyasını dəyişməsindən sonra bu təyyarələrə gələn ilk sifarişdir. Alıcı isə beynəlxalq aviaholdinq IAG –dır. Adı çəkilən holdinqin bu təyyarələr üçün 24 milyard dollar ödəyəcəyi bildirilir. IAG tərkibinə” British Airways” və “Iberia” kimi böyük şirkətlər daxildir.

Bu müqaviləyə görə, “Boeing” in əvəzinə sevinmək olardı. Amma bir neçə əmmalar olmasaydı. Belə ki, birincisi adı çəkilən 24 milyard dollarlıq müqavilə hələ ki, təyyarələrin alınması barədə niyyət müqaviləsdir. Düzdü “Boeing” in hazırki vəziyyətində bu da yaxşı göstəricidir. Amma çatdırılmaya dair təminat yoxdur.

İkinci məqam qiymətdir. Belə ki, 24 milyard dollar, təyyarələrin katoloq qiymətidir. Təcrübə göstərir ki, satış zamanı kataloq qiymətindən də aşağı məbləğ təklif olunur. Hətta 50% qədər endirimlərim olduğu təcrübələr var. Bu endirimlər isə “Boeing” in reputasiyası üçün heç də yaxşı deyil.
Bir məqamı da qeyd etmək lazımdır ki, hazır ki, alıcı IAG-ın icraçı direktoru Villi Uolş “Boeing” in keçmiş əməkdaşı olub. Belə alınır ki, “Boeing”i süqutdan bu şirkətdə 20 il Boeing 737 idarə etmiş pilot xilas edəcək.

Yeri gəlmişkən o qeyd edib ki, şəxsən Boeing 373 lərin yenilənmiş simulatorlarını yoxlayıb və çox razıdır.

Maraqlıdır ki, bu jesti IAG –ın investorları heç də yaxşı qarşılamayıblar. Müqavilənin elan edildiyi gün şirkətin səhmləri 2.5% ucuzlaşıb.
Qərbdə isə MAX modellərinin satışı surpriz olub. IAG ilə əməkdaşlığa “Airbus”ın da can atdığı bildirilir. Ona görə, IAG ya Boeing lərin satılacağı xəbəri onları qəfil tutub deyə Airbus-ın vitse-prezidenti Kris Bakli deyib. 

Sərgidə “Boeing”in mətbuat konfransı zamanı şirkətin rəsmisi tezliklə 737 MAX ları tezliklə səmaya qaytaracaqlarını bildiriblər. Konfrans zamanı o da qeyd olunub ki, Korean Air“Boeing”dən 20 ədəd Dreamliner 787 və 10 ədəd 787-9s alacaq. Bu müqavilənin dəyəri isə 6,3 milyard dollar dəyərləndirilir. Həmçinin əlavə olaraq “Air Lease” şirkətinin ümumi dəyəri 1,5 milyard dollar məbləğində 5 ədəd 787-9s sifariş etdiyi bildirilir.

“Kim itirir kim isə qazanır”



Baş vermiş hadisələr əlbətdə ki, Airbus da təsirsiz ötüşməyib. “Le-Burje 2019” Airbus üçün əsl triumf olub. Sərginin elə ilk günündəcə Airbus 100 təyyarə satıb. İş görüşmələrinin sonunda isə Airbus 44 milyard dollarlıq sifariş alıb ki, bu da adı çəkilən tədbirdə “Boeing”in imzaladığı müqavilələrin məbləğindən 10 milyard dollar çoxdur.

Adı çəkilən tədbirdə daha çox diqqəti transmaqistral təyyarə A321XLR qazanıb. Belə ki, bu təyyarələrin rəqibi olmadığı bildirilir. Boeing isə 737 MAX la yaşadığı problemlərə görə, bu sinifdə model hazırlayıb təqdim edə bilməyib. Nəticədə də A321XLR –ni aviadaşıma nəhəngi American Airlines, Avstraliyadan Qantas Airways, Səüdiyyə Ərəbistanından Flynas, Filippindən isə Cebu Pacific alıb.

Yeri gəlmişkən qeyd edək ki, Amerika daşıyıcısı köhnə Boeing 757-200 parkını yeni Airbus larla əvəzləmək niyyətindədir. IBA.iQ, konsaltinq şirkətinin hesablamalarına görə, hazırda Airbusun 595 təyyarənin satılması ilə bağlı ciddi və real müqavilələri var.

Qeyd edək ki, Paris Air Show 2017-də Boeing sifarişlərinə görə ilk pillədə idi. O zaman ABŞ şirkəti ümumi məbləği 75 milyard dollar olan 571 təyyarə satmışdı. Bu satılan təyyarələrin əksəriyyəti isə 737 Max 10 idi.