PAYLAŞ
karnaval

Braziliya dünyada baş alıb gedən koronovirus epidemiyasına görə illik karnavalı təxirə salmayıb, əksinə budəfəki karnaval gələnlərin sayına görə rekord vurub.

AZƏRTAC Braziliya Turizm Nazirliyinin məlumatına istinadla xəbər verir ki, karnaval günlərində Pernambuku, Baiya ştatları 22,1 milyon qonaq qəbul edib. Bu da indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Otellərdə nömrələrin orta hesabla 98 faizi tutulub.

Baiya ştatı hökumətinin məlumatına görə, karnaval dövründə nəzərdə tutulan turizm gəliri 2,5 milyard real (təqribən 2,5 milyon avro) təşkil edib.

Braziliya Əmtəə, Xidmət Ticarəti və Turizm Milli Konfederasiyasının hesablamalarına görə, karnaval ölkə iqtisadiyyatına 8 milyard real gəlir gətirəcək. ki, bu da ötən illə müqayisədə 80 milyon real çoxdur və 2015-ci ildən etibarən ən böyük məbləğdir.

Dünyanın ən iri bayramlarından biri olan Braziliya karnavalı bu ölkənin ümummilli bayram festivalıdır. Karnaval 1928-ci ildən etibarən hər il Pasxa bayramına 7 həftə qalmış, fevral ayının sonuncu şənbə günü başlayır. Dörd gün ərzində ölkədə işgüzar və siyasi həyat dayanır. Şəhərlərin küçələrində fantastik paltarlarda və baş geyimlərində olan insanlar əlindən tərpənmək olmur.