Ev Turizm Xəbərləri Braziliya üç milli parkın özəlləşdirilməsinə hazırlaşır

Braziliya üç milli parkın özəlləşdirilməsinə hazırlaşır

Braziliya

Braziliya hökuməti məşhur şəlalələr kompleksinin bir hissəsi yerləşən İguasu və digər iki milli parkın özəlləşdirilməsinə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə ölkənin rəsmi jurnalında dərc olunmuş sərəncamda deyilir.

Sərəncamda hökumətin üç milli parkı – Lensoys-Maranyensis (Maranyan ştatı, şimal-şərq), Jerikuakuara (Seara, şimal-şərq) və İquasu (Parana ştatı, cənub), prezident administrasiyasının tərəfdaşlıq investisiya və qeyri milliləşdirmə proqramlarına daxil etmək qərarı verdiyi bildirilir.

Sənəddə qeyd olunur ki, dövlət əmlakının özəlləşdirilməsi üçün zəruri materialların hazırlanması barədə müqavilə imzalanacaq. Müqavilə Braziliyanın İqtisadi və Sosial İnkişaf Bankı (BNDES) ilə bağlana bilər.

Turizm Nazirliyinin verdiyi məlumata görə, 2018-ci ildə İguasu Milli Parkı ölkədə ən çox ziyarət edilən ikinci yer olub. Rio de Janeyrodakı Tijuka Milli Parkı isə turist axını siyahısında birinci yeri tutub.