Ev Turizm Xəbərləri “British Airways” Hörmüz boğazı üzərində uçuşlardan imtina edib

“British Airways” Hörmüz boğazı üzərində uçuşlardan imtina edib

British Airways

Böyük Britaniyanın ən böyük aviadaşıyıcısı “British AirwaysHörmüz boğazı Oman körfəzi üzərindən uçuşları dayandırıb.

Bu barədə RİA “Novosti”yə aviaşirkətin nümayəndəsi bildirib.

Nümayəndənin sözlərinə görə, aviaşirkət ABŞ-ın Federal Aviasiya Administrasiyasının (FAA) məsləhətlərinə uyğun olaraq, indi alternativ marşrutlardan istifadə edir.

Qeyd edək ki, daha əvvəl FAA ABŞ aviaşirkətlərinə Hörmüz boğazı və Oman körfəzi üzərindəki hava məkanlarında uçuş həyata keçirməyi qadağan edən təcili xəbərdarlıq yayıb.

Əlavə edək ki, bundan əvvəl Hollandiyanın KLM aviaşirkəti də İranın müəyyən əraziləri üzərindən uçuşları dayandırmışdı.