Bu il Çində 3 turizm sərgisi keçiriləcək
Gezmeli.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 16-18-də paytaxt Pekin şəhərində XIV Çin Xarici Səyahət və Turizm Sərgisi (China Outbound Travel & Tourism Market – COTTM) və B2B təşkil olunacaq. Bu, Çində xarici turizmin inkişafı üçün nəzərdə tutulan illik turizm sərgisidir.
Həmçinin mayın 24-27-də “SWTF 2018 – Shanghai World Travel Fair” və iyunun 14-17-də keçiriləcək. Bundan əlavə “ITE Hong Kong 2018 – The 32nd International Travel Expo Hong Kong” sərgisidə keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgilərdə iştiraka dəvət olunurlar.